URL Yazıldıqda Hansı Proseslər İşləyir? (DNS, TCP, TLS, HTTP izahı ilə)
Müasir internet istifadəçisinin gündəlik etdiyi ən adi hərəkətlərdən biri brauzerdə bir vebsayta daxil olmaqdır. Məsələn, http://example.com yazdıqda səhnə arxasında çox sayda mühüm protokol və mexanizm işə düşür: DNS Lookup, TCP bağlantısı, TLS handshake (əgər HTTPS-dirsə), HTTP sorğusu və cavabı, sonda isə bağlantının bağlanması. Bu məqalədə bu prosesləri proqramçı və sistem səviyyəsində addım-addım izah edirik. 1. DNS Lookup – Domen Adından IP ünvanına keçid İlk mərhələdə brauzer ünvan çubuğuna yazılan domen adını (məsələn, example.com) müvafiq IP ünvanına çevirmək üçün DNS sisteminə sorğu göndərir. Məsələn: example.com → 93.184.216.34 Bu mərhələ başa çatmadan istənilən serverlə əlaqə qurmaq mümkün deyil. Əgər brauzerin cache-ində və ya sistem səviyyəsində (OS DNS cache, hosts faylı) ünvan tapılmasa, DNS resolver-ə sorğu göndərilir. 2. TCP Üçlü Salamlaşma (Three-Way Handshake) Serverə məlumat göndərmək üçün əvvəlcə etibarlı bir əlaqə qurulmalıdır. Bu TCP protokolu vasitəsilə həyata keçirilir. Bağlantı belə qurulur: SYN (Synchronize) nədir -> SYN bayrağı TCP bağlantısının qurulmasına başlamaq üçün göndərilir. SYN-ACK ->Bu, serverin SYN-ə cavab olaraq göndərdiyi mesajdır və iki funksiyanı yerinə yetirir: 1.ACK ilə müştərinin SYN paketini qəbul etdiyini təsdiqləyir, 2.SYN ilə öz əlaqə istəyini bildirir (serverin öz sıra nömrəsi ilə). Burada belə bir sual çıxır: Niyə 3 addım? 2 kifayət deyil?

Müasir internet istifadəçisinin gündəlik etdiyi ən adi hərəkətlərdən biri brauzerdə bir vebsayta daxil olmaqdır. Məsələn, http://example.com yazdıqda səhnə arxasında çox sayda mühüm protokol və mexanizm işə düşür: DNS Lookup, TCP bağlantısı, TLS handshake (əgər HTTPS-dirsə), HTTP sorğusu və cavabı, sonda isə bağlantının bağlanması.
Bu məqalədə bu prosesləri proqramçı və sistem səviyyəsində addım-addım izah edirik.
1. DNS Lookup – Domen Adından IP ünvanına keçid
İlk mərhələdə brauzer ünvan çubuğuna yazılan domen adını (məsələn, example.com) müvafiq IP ünvanına çevirmək üçün DNS sisteminə sorğu göndərir.
Məsələn:
example.com → 93.184.216.34
Bu mərhələ başa çatmadan istənilən serverlə əlaqə qurmaq mümkün deyil. Əgər brauzerin cache-ində və ya sistem səviyyəsində (OS DNS cache, hosts faylı) ünvan tapılmasa, DNS resolver-ə sorğu göndərilir.
2. TCP Üçlü Salamlaşma (Three-Way Handshake)
Serverə məlumat göndərmək üçün əvvəlcə etibarlı bir əlaqə qurulmalıdır. Bu TCP protokolu vasitəsilə həyata keçirilir.
Bağlantı belə qurulur:
SYN (Synchronize) nədir -> SYN bayrağı TCP bağlantısının qurulmasına başlamaq üçün göndərilir.
SYN-ACK ->Bu, serverin SYN-ə cavab olaraq göndərdiyi mesajdır və iki funksiyanı yerinə yetirir:
1.ACK ilə müştərinin SYN paketini qəbul etdiyini təsdiqləyir,
2.SYN ilə öz əlaqə istəyini bildirir (serverin öz sıra nömrəsi ilə).
Burada belə bir sual çıxır:
Niyə 3 addım? 2 kifayət deyil?